Menu
Xəbər Lenti
11 Kas 16:34Manşet / Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən bu gün verilən məlumata görə, havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaq.