Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

10 Haz 17:44Manşet / Siyasət

Prezidentdən TƏBİB-lə bağlı - Fərman

Prezidentdən TƏBİB-lə bağlı - Fərman

Prezident İlham Əliyev “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, fərmana əlavə edilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu Fərmana əsasən yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirməlidir və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etməlidir.

Eləcə də, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.