Menu
Xəbər Lenti
01 Haz 13:56Manşet / Cəmiyyət

“İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

“İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

Biləsuvar rayonunun Bağbanlar kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin saytına istinadla xəbər verir ki, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsini qarşıya məqsəd qoyan "Səyyar Gənclər Xidməti" layihəsinin açılış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Əsli İbrahimli çıxış edərək, layihənin işinə uğurlar arzulayıblar.

Sonra gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib, gənclərə praktiki şəkildə "CV" yazılma qaydası göstərilib.

Bununla yanaşı, layihədə nəzərdə tutulmuş əyləncə proqramları çərçivəsində gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilib.

Qeyd olunub ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.