Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

23 Mrt 13:41Manşet / Cəmiyyət

Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib

Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar 225,1 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərnişinlərin 86,6 faizi
avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 17,5 milyon ton yük, 194,9 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,8 faiz və 20,4 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.