Menu
Xəbər Lenti
16 okt 10:38Gündəm / Sosial

İki həftəlik məktəb tətili kompensasiya ediləcək

“İnternet tam məhdudlaşdırılmayıb”.
Xezertv.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 
O bildirib ki, bəzi platformalar işləyir, bəziləri işləmir: “Biz də Təhsil Nazirliyi olaraq bununla bağlı aidiyyatı qurumlarla əməkdaşlıq qurmuşuq, oktyabrın sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. İki həftəlik tətili kompensasiya edəcəyik.
Sadəcə qarşıdakı tətil günlərini qabağa çəkmişik. Təhsil müddəti qısaldılmayıb”.