Menu
Xəbər Lenti
15 sen 10:28Gündəm / Sosial

Qanunsuz ov edənlər cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov məlumat yayıb. 
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb: “Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.