Menu
Xəbər Lenti
14 sen 17:21Gündəm / Sosial

Sabah bəzi işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək

“Yeni tədris ilinin ilk günü küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir”. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 
Məlumatda hərəkət iştirakçılarına anlayışlı olmaq, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə edilib: “Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək”.