Menu
Xəbər Lenti
12 sen 10:59Gündəm / Sosial

Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlandı

Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlanıb
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Diarna” virtual platformasının veb saytında Azərbaycandakı yəhudi icmalarının tarixi barədə ətraflı məlumat və onlayn xəritə yerləşdirilib.
Xatırladaq ki, 2019-cu ilin yay aylarında “Mooreshet Adventures” turizm şirkətinin qurucusu Arye Şarnberq ölkəmizdəki yəhudilərin tarixini araşdırmaq məqsədilə Azərbaycana səfər edib. Tədqiqatçı bu araşdırmanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ilə Amerika Sefardları Federasiyası və müxtəlif bölgələrdə yəhudilərin tarixi irsini rəqəmsal formatda qoruyub saxlamağa çalışan "Diarna" virtual platforması ilə birgə gerçəkləşdirib. Dörd ay ərzində Arye Şarnberq yəhudi icmaları ilə əlaqələr quraraq, bu xalqın tarixinin və irsinin bir çox maraqlı məqamlarını öyrənməyə nail olub.
Amerika Sefardlar Federasiyası tədqiqatın aparılmasında göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.
Qeyd olunan onlayn xəritəyə https://diarna.org/exhibits/exploring-azerbaijans-jewish-history/ ünvanı vasitəsi ilə baxmaq mümkündür.