Menu
Xəbər Lenti
12 sen 10:57Gündəm / Sosial

Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı

Bu ilin 8-9 sentyabr tarixlərində keçirilən  vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub. Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00 tarixinədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

 “Qafqazinfo”