Menu
Xəbər Lenti
11 sen 10:41Gündəm / Sosial

Bu il 600-dən çox bal toplayanların sayı azalıb

Bu il II və III ixtisas qrupu üzrə 600-dən yuxarı nəticə göstərən abituriyentlərin sayı ötən illə müqayisədə azlıq təşkil edir. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi bildirib. Mütəxəssis qeyd edib ki, 2019-cu ildə II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin sayı 404 nəfər olubsa,  2020-ci ildə iki dəfəyə yaxın azalaraq 216 nəfər təşkil edib. 
Həmçinin, bu il III ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı da ötən illə müqayisədə 50 nəfər azalıb. Belə ki, ötən il III ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 605 nəfər, bu il isə 555 nəfər olub.