Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK
Dün, 18:15

TƏBRİK EDİRİK

29 iyl 11:05Gündəm / Sosial

İmişlidə yeni su nasos stansiyası istifadəyə verilib

İmişli rayonu ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının  yaxşılaşdırılması ilə bağlı görülən işlər davam etdirilir. 
Xezertv.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, əkin yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təhciz etmək məqsədi ilə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində yeni su nasos stansiyası inşa edilib. Yeni su nasos stansiyası mənbəyini Təzə Rəsularxdan götürür və müntəzəm olaraq  Bəhrəmtəpə qəsəbəsinin Gəmiçi deyilən ərazisini, rayonun Göbəktala və Şahverdili kəndlərinin əkin yerlərini və həyətyanı sahələrini suvarma suyu ilə təmin edir. Bununla da 300-dən çox ailənin, 500 ha–dan artıq əkin yerində və həyətyanı sahələrində suvarma suyu ilə bağlı yaranan çətinlik birdəfəlik öz həllini tapmışdır.