Menu
Xəbər Lenti
Neft ucuzlaşdı
10-07-2020, 11:04

Neft ucuzlaşdı

Bu yerlərdə su olmayacaq
8-07-2020, 10:49

Bu yerlərdə su olmayacaq

24 iyn 11:44Gündəm / Sosial

Özəl klinika COVID-19 testinin götürülməsini niyə məhdudlaşdırıb?

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikası koronavirus testinin götürülməsinin dayandırılmasına münasibət bildirib.
İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rübabə Sahib  açıqlamasında bildirib ki, Referans Klinik Laboratoriya Mərkəzi ölkəmizdə qlobal pandemiya elan edilən ilk gündən etibarən Operativ Qərargahın nəzarəti altında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən COVID-19 testinin aparılması üzrə gücləndirilmiş iş rejimində çalışır:
"COVID-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olaraq  gün ərzində TƏBİB tərəfindən 1000-ə yaxın nümunə qəbul edirik. Eyni zamanda həm dövlət müəssisələri tərəfindən göndərilən test nümunələrinin yoxlanılması, həm korporativ şirkətlər tərəfindən müraciətlər əsasında filiallar daxilində və yerlərdə nümunələrin alınması, həm də AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə götürülən biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstəririk. Məlumat üçün bildiririk ki, hazırda vətəndaşların kütləvi müraciətlərinin kəskin artması ilə əlaqədar olaraq sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə vətəndaşlardan COVİD-19 testinin götürülməsi müvəqqəti məhdudlaşdırılıb. Ancaq təcili və təxirəsalınmaz bir vəziyyət olarsa, yerində laborator müayinə xidməti göstərilir. 
Qeyd edək ki, TƏBİB –in protokollarına uyğun olaraq Mərkəzimizdə aparılan bütün test nəticələri vətəndaşa təqdim olunmadan öncə birbaşa TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir. Əgər nəticə pozitivdirsə, TƏBİB tərəfindən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçirilir. Belə ki, onun yaxın 7-14 gün ərzində təmasda olduğu şəxslər müəyyənləşdirilir,  pasiyent  müalicə üçün xüsusi ayrılmış tibb müəssisəsinə yönləndirilir və s. lazımi işlər görülür".

"Qafqazinfo"