Menu
Xəbər Lenti
28 Şub 02:01Cəmiyyət

Neftçala və Salyanda ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Neftçala və Salyan rayonlarında da ictimai dinləmələr keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimai dinləmələr martın 10-u saat 12:00-da Neftçala Rayon Mərkəzi Kitabxanasında, saat 15:00-da isə Salyan Tarix Diyarşünaslıq Muzeyində keçiriləcək.

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.