Xəbər Lenti
Bugün, 09:48
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır
Bugün, 08:36
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY
Bugün, 08:31
Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür”
Bugün, 08:28
Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”
18-04-2024, 08:42
Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Talabıqışlaq kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
12 Ara 15:34Hadisə
Hərbi xidmətdə olarkən “avtoşluq” edən məmur oğluna hökm oxundu
Əsgərlikdə olduğu vaxt hərbi xidmətdən yayınaraq Bakının mərkəzində avtoxuliqanlıq edən Əziz Məlikovun məhkəməsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib. Belə ki, o, xidmət müddətindən əlavə olaraq 6 ay hərbi hissədə saxlanılacaq.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdədir. DYP-nin yaydığı məlumatda qeyd olunmuşdu ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və barəsində cinayət işi başlanaraq həbs olunub.
Qeyd edək ki, Əziz Məlikovun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.