Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

22 Ekm 10:05Manşet / Cəmiyyət

Dağ kəndlərinə qar yağıb

Dağ kəndlərinə qar yağıb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 41.0 mm, Naxçıvanda 12.0 mm, Gədəbəydə 11.0 mm, Qusar, Göygöldə 7.0 mm, Qax, Quba, Şərurda 6.0 mm, Ağdərə, Qrız, Altıağac, Ordubad, Sədərək, Daşkəsən, Gəncə, Qəbələ, Şəki, Şahbuz, Şahdağ, Neftçala, Xaltan, Göytəpə, Qobustan, Lənkəran, Beyləqan, Xınalıq, Culfa, Naftalan, Ağdam, Zaqatala, Şəki, Şamaxı, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Şirvan, Salyan, Biləsuvar, Şəmkir, Xaçmaz, İsmayıllı, Lerikdə 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qarın örtüyünün hündürlüyü Qrızda 3 sm, Xınalıq, Ləzədə (Qusar) 1 sm olub.