Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

02 Ekm 06:42Manşet / Cəmiyyət

Füzulidə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Füzulidə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Horadiz şəhərində 1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət ediblər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyəti təkmilləşdirilib, ədalət prinsipi təmin olunub. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan prokurorluğu inkişafının növbəti mərhələsinə qədəm qoyub.

Rayon prokuroru Elnur Rüstəmov, Polis şöbəsinin rəisi Zaur Abbasov, DTX Rayon şöbəsinin rəisi Nəvai Hüseynov və digərləri çıxışlarında ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.