Menu
Xəbər Lenti
11 Ağu 13:09Manşet / Siyasət

Nəzarətə götürülən Buzdux və digər yüksəkliklərdə mühəndis işləri görülür

Nəzarətə götürülən Buzdux və digər yüksəkliklərdə mühəndis işləri görülür

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.