Xəbər Lenti
Bugün, 09:48
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır
Bugün, 08:36
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY
Bugün, 08:31
Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür”
Bugün, 08:28
Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”
18-04-2024, 08:42
Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Talabıqışlaq kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
COVID-19 pasportu nə zaman ləğv edilə bilər? - AÇIQLAMA
Mayın 1-dən ölkəmizdə qapalı məkanlarda tibbi maskadan istifadə tələbi ləğv olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.
Karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv edilməsinə səbəb ola bilər?
Məsələ ilə bağlı sualları cavablayan Səhiyyə Nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, pandemiyanın davam etdiyi iki ilə yaxın bir müddətdə bütün dünyada bir sıra amillərdən, o cümlədən, COVID-19 ştamlarının fəallığı, klinik-epidemioloji xüsusiyyətlərindən asılı olaraq dünya mənzərəsində epidemik alovlanmaların müxtəlif xarakterli təzahürləri qeydə alındı.
"Bunlara müvafiq olaraq, dünya dövlətlərinin səhiyyə orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və s) müəyyən qərarlar qəbul etmək zərurəti yarandı. Lakin son yayılan omikron ştamı və onun subvariantlarının daha yüngül klinik xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti, letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən, ölkəmizdə aparılan uğurlu vaksinasiya strategiyası hazırda qəbul edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması şərtlərinə əsas verir. Buna əsasən, bir sıra karantin qaydaları, qadağaları mərhələli şəkildə aradan qaldırılır", - deyə o qeyd edib.
K.İsmayılova, həmçinin, bildirib ki, Nazirlər Kabinetinin 171 nömrəli qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə artıq məcburi xarakter daşımır.
"Təbii ki, pandemiya ilə bağlı narahatlıqların artıq arxada qalması ilə bağlı ÜST-ün rəsmi bəyanatı olduqda, COVID-19 pasportlarının ləğvi ilə bağlı məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəmində müzakirə üçün çıxarılacaq", - deyə o əlavə edib.