Menu
Xəbər Lenti
18 Nis 05:53Manşet / Cəmiyyət

Yuxu çatışmazlığı diabet riskini artırır

Yuxu çatışmazlığı diabet riskini artırır

Xroniki yuxu çatışmazlığı yüksək hemoglobin səviyyəsi ilə əlaqələndirilə bilər, yəni yuxusuzluq diabetə səbəb ola bilər.

Bunu britaniyalı mütəxəssis Stiv Peyn aparlımış tədqiqatların yekununa əsasən bildirib.

Onun sözlərinə görə, həkimlər yuxusuzluq problemli 40 yaşdan aşağı olan insanların daha çox diabet xəstəliyinə məruz qaldıqları qənaətinə gəliblər.

Bristol Universitetində aparılmış araşdırmanın nəticələrinə görə, yuxusuzluqla bağlı problemləri olan insanlarda daha yüksək hemoglobin səviyyəsi müşahidə olunur.

"Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Mütəxəssislər yuxu çatışmazlığının qlükoza mübadiləsi ilə əlaqəli ola biləcəyini və həmçinin iştaha və aclıq səviyyəsinə təsir edən hormonal disbalansa səbəb ola biləcəyini düşünürlər", - S. Peyn bildirib.