Menu
Xəbər Lenti
25 Mrt 14:17Manşet / Siyasət / Dünya

Ərdoğan Zelenski və Putinlə danışıqlar aparacaq

Ərdoğan Zelenski və Putinlə danışıqlar aparacaq

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarım olacaq, bu həftə sonu və ya gələn həftənin əvvəlində isə Rusiya prezidenti Vladimir Putinlə danışıqlarım ola bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Bu danışıqlar zamanı onlar NATO sammiti çərçivəsində keçirdiyim görüşlər barədə məlumatlandıracağam. Artıq tərəfləri sülhə çağırmaq vaxtıdır. Onlara "Sülh naminə atılan addımların təşəbbüsçüsü sən olmalısan" deməliyik. Bu məsələnin həll yollarını axtarmalıyıq", - deyə R.T.Ərdoğan bildirib.