Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
26-01-2021, 12:08

TƏBRİK EDİRİK!!!

Neft ucuzlaşır
23-01-2021, 11:52

Neft ucuzlaşır

Gizir Şıxəliyev Fariz
21-01-2021, 18:30

Gizir Şıxəliyev Fariz

13 yan 10:37Gündəm / Siyasət

“Qüdrətli ölkə olduğumuzu hər kəsə nümayiş etdirdik”

“Siyasi proseslərin mürəkkəb və xaotik formada cərəyan etdiyi 2020-ci il Azərbaycan xalqının tarixində 44 günlük qalibiyyət zəfəri ilə dünya hərb tarixində yeni bir salnamə yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin xalqın dəstəyinə arxalanaraq güclü dövlət yaratmaq istiqamətindəki uzunmüddətli səyləri, siyasi manevr imkanları, peşəkar diplomatik gedişləri öz səmərəsini verdi”.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.
Onun sözlərinə görə, beynəlxalq iqtisadi, siyasi layihələrin mərkəzində dayanan Azərbaycan güclü liderin sayəsində 30 ilə yaxın müddətdə dondurulmuş Qarabağ probleminin həllinə nail oldu: “Xalqımızın taleyində əhəmiyyətli dönüşə səbəb olan bu hadisə respublikamızın dünya çapında mövqelərini daha da möhkəmləndirdi və düşmənlərimizi çıxılmaz bir duruma saldı. 44 günlük Vətən Müharibəsində minlərlə itki verən Ermənistanın milyardlarla dollar ölçüsündə hərbi silah-sursat və texnikaları məhv edildi, bəziləridə işlək vəziyyətdə qənimət olaraq ələ keçirildi. Güclü müqavimətə davam gətirməyən düşmən məcbur qalıb hərbi kapituliasiya sənədinə imza atdı və nəticədə Kəlbəcər, Laçın, Ağdam rayonları bir güllə atılmadan Azərbaycana - doğma yiyəsinə təhvil verildi. Ermənistanın təslimçiliyi, Rusiyanın təşəbbüsü ilə 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə onlayn formatda keçirilən görüşdə, üçtərəfli bəyanat imzalandı. Bəyanatın şərtlərinə görə Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağda yerləşdirildi. Məqsəddə ondan ibarətdir ki, regionda sülh və əminəmanlıq təmin olunsun və bəyanatın bütün müddəaları qeyri-şərtsiz yerinə yetirilsin. Bu istiqamətdə artıq bir çox işlər həyata keçirilməyə başlayıb. 2021-ci il yanvar ayının 11-də Moskvada keçirilən üçtərəfli görüş də məhz bu bəyanatın icra mexanizmlərini müzakirə etmək və zəruri tədbirlərin görülməsi ilə əlaqədar konkret addımların atılmasından ibarət idi”.
V.İsmayılov bildirib ki, bəyanatın 9-cu bəndində əksini tapan və bütün bölgənin iqtisadi həyatı üçün xüsusi önəm kəsb edən nəqliyyat və kommunikasiya məsələləri həll olunacağı təqdirdə 5 dövlət, hətta uzun illərdi aclıq və səfalət içində yaşayan Ermənistan da iqtisadi divident əldə edəcək: “Prezidentin qeyd etdiyi kimi, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərin maraqlarına cavab verir. Bu halda regiondakı bütün dövlətlər faydalanacaq. Şübhəsiz ki, Rusiya dövlətinin nəzarətində olan, lakin Ermənistan ərazisindən keçən dəmir yolunun bərpası təhlükəsizlik baxımından da çox əhəmiyyətlidir. Ümumiyyətlə Rusiya bölgədə sülhün və əməkdaşlığın təmin olunmasında xüsusi rol oynayır. Cənab Prezident Moskva görüşündə də Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini yüksək qiymətləndirdi. Rusiya prezidentinin Qarabağ məsələsində mövqeyi, əlbəttə, Ermənistanı məyus edir, amma bu, ilahi ədalətin bərpası üçün səslənən ən obyektiv fikirdi. Bu eyni zamanda Ermənistan tərəfə verilən bir mesajdır ki, Qarabağ adlı problem artıq yoxdur. Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisi, qədim diyarıdır. Azərbaycan öz Prezidentinin şəxsində güclü, qüdrətli ölkə olmasını bəşəriyyətə bir daha nümayiş etdirdi”.