Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

03 Şub 19:01Manşet / Sosial

Sumqayıtda görülən işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtının səmərəli keçirilməsinə xidmət edir

Sumqayıtda görülən işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtının səmərəli keçirilməsinə xidmət edir

Sumqayıtda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sumqayıt gənclərini təbrik edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Azərbaycan gənclərinin bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə edərək özlərini doğrultduğunu vurğulayan natiq bu gün gənclərin dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunduğunu, cəmiyyətin inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, məhz son 18 il ərzində formalaşmış gənclik 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad etdi. Son illər Sumqayıtda həyata keçirilən layihələrə diqqət çəkən şəhər rəhbəri qeyd edib ki, görülən bütün işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtının səmərəli keçirilməsinə xidmət edir.

Sonra sıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov bildirib ki, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı sabaha və uğurlara yönəlmiş siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. İdarə rəisi son illər Sumqayıt şəhərində həyata keçirilən layihələrdən, gənclərin əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, sumqayıtlı gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, şəhərdə həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.

Çıxışçılar ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.

Sonda şəhərin ictimai həyatında, təhsil, mədəniyyət və idman sahəsində nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.