Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

18 noy 10:09Gündəm / Siyasət

“Oğlum 1992-ci ildə Zəngilanda döyüşlərdə itkin düşüb, qisası yerdə qalmadı”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkədaxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
Xezertv.info“Qafqazinfo”ya istinadən həmin məktublardan bir neçəsini təqdim edir:
Fuat Aytandan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident.
Mən bir türk vətəndaşı kimi ata dediyim Azərbaycanla, Sizinlə, ölkənizlə, dövlətinizlə, əsgərinizlə qürur duyuram.
Var olun, sağ olun, müzəffər Ali Baş Komandan!
Ata-baba yurdumun yerləşdiyi torpaqların işğaldan qurtulması məni xoşbəxt etdi.
Azərbaycan üçün nələr edə biləcəyimi bilmirəm. Bir evim, bir az da pulum var. Lazım olsa, onları böyük məmnuniyyətlə Azərbaycanın gələcəyi üçün fəda etməyə hazıram. İnşallah, azad olunmuş torpaqları ziyarət etmək, həmin torpaqları öpmək arzum da həyata keçər.
Sizin kimi müzəffər Ali Baş Komandanın qarşısında baş əyirəm.
Hakan Yağmurdan, Antalya, Türkiyə
Hörmətli cənab Prezident.
Qarabağın azadlığı üçün göstərdiyiniz əzmkarlıq, qətiyyət və cəsarət Azərbaycan xalqı kimi bizi də qürurlandırdı.
Sizi kimi qardaşlarımız olduğu üçün biz xoşbəxtik. Azərbaycan xalqı isə Sizin kimi Lideri olduğuna görə xoşbəxtdir. Və hamımız ona görə xoşbəxtik ki, eyni qanı daşıyır, eyni tarixə malikik, ürəklərimiz eyni həyəcanı paylaşır.
Mən Türkiyə Respublikasının vətəndaşı olaraq ən səmimi hisslərlə bildirirəm ki, canımızla, qanımızla Sizlərin yanında olmaqdan qürur duyuruq.
Heç bir qarşılıq gözləmədən hər zaman Azərbaycan xalqının yanındayıq. Bütün cəbhələrdə Sizinlə çiyin-çiyinə dayanmaq, əlimizdən gələni etmək bizim borcumuzdur.
Sizə və Azərbaycan xalqına sonsuz sevgi və ehtiramımı çatdırmaq istəyirəm. Unutmayaq ki, bizlər bazara qədər deyil, məzara qədər qardaşıq.
Zəfər Azərbaycan xalqınındır!
Emil Cəfərovdan, Omsk, Rusiya
Müzəffər Ali Baş Komandan.
Sizi Rusiya Federasiyasının Omsk şəhərindən salamlayıram. Bu məktubu yazmaqda məqsədim bir Azərbaycanlı kimi öz səmimi duyğularımı Sizə bildirməkdir.
Əziz Prezidentim, xarici dövlətdə yaşamağımıza baxmayaraq uzun illər boyu Rusiya Federasiyasında məskunlaşan mənfur qonşularımızın vətəndaşları ilə qarşılaşdıqda içimdən utancverici bir hiss keçirdi, bu hissin adı Qarabağ idi. Əslində bu hissləri hər bir Azərbaycan vətəndaşı yaşayıb. Mən bu hissləri büruzə verməsəm də, düşmənə hiss etdirməsəm də qəlbimdə böyük əzab çəkirdim. Qarabağda itirilmiş torpaqlarımız, qətlə yetirilmiş vətəndaşlarımız, körpələr, qocalar, bacı və qardaşlara edilmiş zülmlər bizi çox sarsıtmışdı. Nəhayət o gün yetişdi. 2020-ci il sentyabrın 27-dən etibarən hər şey dəyişdi. İşğalda olan şəhər, rayon, qəsəbə və kəndlərimizin Ordumuz tərəfindən ard-arda azad edilməsi xəbərlərini verdiyiniz hər çıxışınızı səbirsizliklə gözləyirdik. 30 ildən sonra üzümüzə təbəssüm bəxş etdiniz, əzmkarlıq hissini yaşatdınız. Böyük işlər gördünüz, ölkəmizi dünya səviyyəsində təmsil etdiniz. Dünyaya sübut etdiniz ki, biz birlikdə güclüyük. Azərbaycan xalqı Sizinlə qürur duyur, hər zaman yanınızdayıq. Şəxsən öz adımdan və Omsk vilayətində yaşayan bütün azərbaycanlılar adından 2020-ci il noyabrın 10-da böyük Qələbə sevincini bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Yaşasın xalqımız və şanlı Ordumuz! Vətən uğrunda şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbir diləyirəm.
Qarabağ Azərbaycandır!
Ömər Cengizhanoğlu və başqalarından, Bolu, Türkiyə
Hörmətli cənab Prezident.
Sizi uca Alalhın adı ilə salamlayır, gözəl Türkiyəmizdən, türk xalqının adından sevgi və ehtiramımı bildirirəm.
Zəfəri zəfərə calamaqla tarixə düşən Azərbaycan Ordusunu səmimi qəlbdən təbrik edir, hər əsgərin alnından öpürük. Çanakkale, Sakarya döyüşləri ilə türk və dünya tarixinə qızıl hərflərlə yaxan türk ordusunun qardaşı olan, ermənilərə tarixi dərs verən Azərbaycan Ordusu bu gün cəbhədən Qələbə ilə qayıdır.
Bir yumruq kimi birləşmiş Azərbaycan Ordusu qazandığı qələbələrlə ulu öndər Heydər Əliyevin və minlərlə şəhidin ruhlarını şad etmişdir.
Dəyərli Prezidentimiz, bütün sahələrdə apardığınız uğurlu siyasətlə tarixə ad salmış türk fatehlərinin davamçısı olduğunuzu dünyaya göstərdiniz.
Mən təqaüddə olan müəlliməm. İnşaat mühəndisi olan və Gülhanə Tibb fakültəsində oxuyan oğlumla birlikdə Azərbaycan Ordusu üçün əlimizdən gələn köməyi etməyə hazırıq.
Dünyanın hələ də unutmadığı Çanakkale zəfərindən sonra Sizlər Qarabağ zəfərini tarixə yazdınız. Bütün türk xalqları Sizin bu qəhrəmanlığınızı unutmayacaqdır.
Heç şübhəm yoxdur ki, Qarabağdan zəfərlə dönən şanlı Azərbaycan Ordusu əsl qəhrəmanlar kimi qarşılanacaq. Onlara bir daha Azərbaycan xalqına və bizlərə yaşatdıqları sevinc və xoşbəxtliyə görə minnətdarlıq bildirirəm. Qarabağın azad olunması münasibətilə keçiriləcək şənliklərdə iştirak etmək ümidi ilə müraciətimi ən ülvi hisslərimi ifadə edən sözlərlə bitirmək istəyirəm:
Salam olsun qızıl qəlbli rahbərimiz İlham Əliyevə!
Salam olsun Qarabağ yolunda dastan yazan şanlı Azərbaycan Ordusuna!
Salam olsun ordusu ilə milli birlik göstərən qardaş Azərbaycan və türk xalqlarına!
Elxan Şabanovdan, Zaqatala, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Noyabrın 8-də Siz Şuşamızın alınması xəbərini verməklə xalqımıza qələbə sevincini yaşatdınız. Otuz illik böyük bir yükü çiyinləri üzərində gəzdirən, ağrıdan-acıdan qovrulan xalqımız məhz Sizin sayənizdə indi sevinc, zəfər salnaməsinin himni altında qürurla addımlayır.
Yaşım əlli altını haqlamasına baxmayaraq, bu dəqiqə igid övladlarımızla birlikdə düşmənə qarşı vuruşmağa hazıram.
Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Tahir Cəbrayılovdan, Gəncə, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Müharibə başlayandan hər gün Sizə məktub yazıb ürək sözlərimi çatdırmaq istəyirdim. Amma böyük günü – Şuşanın işğaldan azad olunması gününü gözləyirdim.
Mən Azərbaycanın bir vətəndaşı olaraq ailəmlə birlikdə həmişə Sizə inanmışıq və güvənmişik.
Yaşasın müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu!
Elimin şanlı, qəhrəman oğlu, bu böyük Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Dilrubə Behbudovadan, Ağdam, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Əzəli və əbədi torpaqlarımız olan Qarabağın düşmənlərdən azad edilməsi haqqında verdiyiniz əmri eşidəndə çox sevindim. Siz bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdiniz. Mənim bu gün sevincimin həddi-hüdudu yoxdur.
Mənim oğlum Zəngilan rayonu uğrunda gedən döyüşlərdə - 1992-ci ildə itkin düşüb. Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə çox qəhərləndim, çox sevindim ki, oğlumun uğrunda vuruşduğu torpaq alındı, qisası yerdə qalmadı.
Sevimli oğlum, Sizi dünya durduqca yaşayasınız. Siz mənə bu yaşlı vaxtımda bu sevinci yaşatdınız. Allah Sizi və övladlarınızı qorusun. Allah şanlı və qüdrətli Ordumuzu qorusun. Siz biz məcburi köçkünlərin 30 ilə yaxın olan Vətən-torpaq həsrətinə son qoydunuz. Mən ürəyimdən gələn xoş arzuları Sizə çatdırmağı özümə borc bilirəm. Arzu edirəm ki, bütün Qarabağ torpaqlarımız düşmən işğalından tamamilə azad olunsun, Azərbaycanımızın bütövlüyü təmin edilsin və mən Sizi öz torpağımda - Ağdamda öz evimdə çay süfrəsinə qonaq edim. Mən Sizin sözlərinizi çox böyük fəxrlə təkrar edirəm: Qarabağ Azərbaycandır!
Sayad Cəbrayılovadan, Bakı, Azərbaycan
Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinirik. Qarabağımızın 30 illik işğalına son qoyuldu. Qazandığınız hərbi-siyasi uğurlarla qürur duyuruq. Allah Sizi, Ordumuzu və millətimizi qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Ümummilli Qələbə təbrikləri Sizindir. Qarabağ Azərbaycandır!
Nilay Cahangirlidən, Beyləqan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim adım Nilaydır. 10 yaşım var. Mən çox xoşbəxtəm, çünki Sizin komandanlığınız altında torpaqlarımızı geri aldıq. Sizin kimi Prezidentimiz olması ilə, azərbaycanlı olmağım ilə fəxr edirəm. Mən bilirdim ki, Azərbaycan Ordusuna qarşı heç bir ordu qalib gələ bilməz. Mən və ailəm hər zaman Sizə dəstəyik. İnşallah tezliklə bütün həmyerlilərimiz öz ata-baba yurdlarına geri dönərlər. Qələbəmizə görə Sizə təşəkkür edirəm. Sizi və ailənizi də bu qələbə münasibətilə təbrik edirəm.
Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan!
Natiq Məmmədovdan, Naftalan, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən bu məktubu Sizə fəxrlə, dolu ürəklə və göz yaşı ilə yazıram. Şuşa şəhərinin azad edilməsi bu hissləri keçirməyimə səbəb oldu. Öncə Ulu Öndərimizin ruhu qarşısında baş əyirəm. Məhz onun səyi ilə Orduda vahid Ali Komandanlıq yaradıldı, ölkədə hərc-mərciliyə son qoyuldu. Əldə olunmuş uğurlar gələcək böyük Qələbənin təməlini qoydu. Siz də atanız kimi cəsarətli siyasət yürüdərək Ordumuzu gücləndirdiniz, onun siyasətini davam etdirərək Vətən müharibəsində bu uğurlara nail oldunuz.
Allah Sizi heç vaxt Azərbaycan Respublikasının Ali Baş Komandanlığından əskik etməsin! Daim ölkəmizin qoruyucu mələyi olasınız.
Brilyant Quliyevadan, Şəmkir, Azərbaycan
Hörmətli Prezidentimiz cənab İlham Əliyev.
Hamımıza məlumdur ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik bir ölkədir. Xalqımızın tarixdə üzləşdiyi ən böyük fəlakətlərdən biri XX əsrin 90-cı illərinin əvvəlində mənfur düşmənlərimiz olan ermənilər tərəfindən işğala, soyqırımları və vəhşiliklərə məruz qalmasıdır. İki əsrdir torpaqlarımız yadellilərin işğalına məruz qalmış, zaman-zaman torpaqlarımız işğal olunmuşdu.
Cənab Prezident, bu gün mən özümü xoşbəxt sayıram. Siz müdrik və uzaqgörən siyasətinizlə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdınız. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdınız. Xalq Sizi sevir və ürəkdən dəstəkləyir.
Hörmətli Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, Sizə Kəlbəcər, Şuşa dağları, Zəngilan, Laçın çinarları kimi ucalıq, uzunömürlülük arzulayıram.
Məlahət Cəfərovadan, Füzuli, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Sizin rəhbərliyinizlə doğma torpaqlarımızın öz həqiqi sahiblərinə - bizə qaytarılması uğrunda başladığımız haqq mübarizəsində Qələbə bizim oldu. Azərbaycan xalqının necə igidlər yetirdiyini bütün dünya gördü.
Qalibiyyəti bizə bəxş edən Sizi və müzəffər Ordumuzu Allah daim qorusun!
Qarabağ bizimdir!
 
Telman Hacıyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,
Rəhbərliyiniz altında şanlı Ordumuzun işğal altında inləyən torpaqlarımızı azad etməsi və Vətən müharibəsinin bizim Qələbəmizlə başa çatması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Qarabağımızı bizə qaytaran Müzəffər Ali Baş Komandan, Allahdan Sizə uzun ömür, cansağlığı diləyirəm.
Yaşasın Azərbaycan!
Elxan Mövlamovdan, Xaçmaz, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Azərbaycanın könüllülərindən ilk şəhid Mövlamov Elçinin ailəsi adından Sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, Siz bu böyük Qələbə sevincini bizə yaşatdınız.
Cənab Prezidentimiz! Biz Mövlamovlar ailəsi hər il şəhidimizin anım gününü böyük üzüntü və kədərlə keçirirdik. Lakin bundan sonra oğlumuzu qürurla ana biləcəyik. Çünki Elçinimizin və bütün şəhidlərimizin qanı Siz və rəşadətli Ordumuz sayəsində yerdə qalmadı. Rəbbim Sizi və şanlı Ordumuzu qorusun.