Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

Yoluxanların sayı azaldı
22-11-2020, 12:15

Yoluxanların sayı azaldı

21 okt 11:55Gündəm / Siyasət

Türk Şurasının Baş katibi Gəncəyə hücumları kəskin qınadı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Ermənistanın raket hücumuna məruz qalan Gəncəyə səfər edərək dağıntılar bölgəsində araşdırmalar aparıb.
Xezertv.info “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, o, jurnalistlərə açıqlamasında Gəncəyə hücumları kəskin şəkildə qınadıqlarını bildirib.
Dağlıq Qarabağdakı hadisələri yaxından izlədiklərini söyləyən Amreyev, “Türkdilli ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün vətən müharibəsidir. Dostumuz Azərbaycana sülh və qələbə diləyirik”, - deyə qeyd edib.
Amreyev problemin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini vurğulayıb.