Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
24-11-2020, 10:06

TƏBRİK EDİRİK!!!

Rusiyadan ABŞ-a reaksiya
23-11-2020, 10:09

Rusiyadan ABŞ-a reaksiya

Yoluxanların sayı azaldı
22-11-2020, 12:15

Yoluxanların sayı azaldı

21 okt 10:49Gündəm / Siyasət

Ermənistanın 556-cı alayının taboru sıradan çıxarıldı

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.
Xezertv.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.