Menu
Xəbər Lenti
16 okt 16:33Gündəm / Siyasət

“Ermənilərin itkisinin dəfələrlə çox olduğunu deyə bilərik”

“Ermənistanın canlı qüvvə itkisi özlərinin mediada açıqladıqlarına görə 600-dən çoxdur”.
Xezertv.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bizdə olan məlumata görə, bu say elan olunandan bir neçə dəfə daha çoxdur: “200 tank məhv edilibsə, tankın içində olan adamları hesablayıb, digər məhv edilən qurğuları da nəzərə alsaq, bu sayın dəfələrlə çox olduğunu deyə bilərik”.