Menu
Xəbər Lenti
16 okt 16:22Gündəm / Siyasət

Rusiya TŞ-də Qarabağ münaqişəsi müzakirə olunub

Bu gün Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.
Xezertv.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, iclasda Rusiya ilə ABŞ arasında “Strateji hücum silahlarının gələcəkdə ixtisara salınması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında” Müqavilə ilə bağlı dialoq məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.