Menu
Xəbər Lenti
16 okt 10:32Gündəm / Siyasət

“Hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsini dəstəkləmirik”

“Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir”.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “El Mundo” qəzetinə müsahibəsində bildirib.
“Azərbaycan əməliyyatları başqa bir ölkənin ərazisində deyil, suveren ərazilərində aparır və bu hərbi qüvvələrin göndərilməsinin hazırda məqsədəuyğun olduğuna inanmırıq. Hazırda buna ehtiyacımız yoxdur”,- deyə H. Hacıyev qeyd edib.