Menu
Xəbər Lenti
DTX müraciət yaydı
19-10-2020, 11:15

DTX müraciət yaydı

15 okt 14:11Gündəm / Siyasət

Azərbaycan həqiqətləri İsveç mediasında

İsveçin nüfuzlu "Aftonbladet" nəşrində Azərbaycanın mövqeyini əks etdirən məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Mahirə Muxtarovanın müəllifliyi ilə yayımlanmış "Ermənistan qoşunlarını geri çəkməlidir" başlıqlı məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, milyona yaxın azərbaycanlını zorla doğma Qarabağdan və ətraf 7 rayondan çıxarması barədə ətraflı məlumat verilib.
Məhz Ermənistanın qaçqın və məcburi köçkün durumuna salınmış azərbaycanlıların fundamental insan hüquqlarını kobudcasına pozması, o cümlədən yaşamaq haqqını əlindən almasına diqqəti cəlb edən müəllif özünün də Ermənistanın işğal etdiyi Kəlbəcər rayonundan olduğunu, 27 ildir doğma yurdun həsrətini çəkdiyini nəzərə çatdırıb.
Məqalədə Ermənistanın işğalçı siyasətinə və təcavüzünə qarşı Azərbaycanda hər kəsin yekdil olduğu, bütün siyasi partiyaların birləşdiyi vurğulanıb.
Qeyd edək ki, İsveçin gənc azərbaycanlılar təşkilatı SUAZ-ın rəhbəri olan Mahirə Muxtarova məqalənin işıq üzü görməsində dəstəyinə görə sözügedən təşkilatın katibi Allahverdi Verdizadəyə təşəkkürünü bildirib.
"Qafqazinfo"