Menu
Xəbər Lenti
14 okt 10:16Gündəm / Siyasət

Gecə Ermənistanın bu texnikaları məhv edildi - Siyahı

Azərbaycan Ordusu oktyabrın 13-dən 14-ə keçən gecə düşmənin bir neçə texnikasını məhv edib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.