Menu
Xəbər Lenti
15 sen 10:50Gündəm / Siyasət

Bələdiyyə sədri barəsində cinayət işi başlandı

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılıb. 
Qazax rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0.3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 06.10.2006-cı il tarixdə guya alqı-satqı aparılmasına dair qeydlər yazmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. 
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

“Qafqazinfo”