Menu
Xəbər Lenti
13 sen 09:55Gündəm / Siyasət

Rusiyada Vahid səsvermə günü keçirilir

Bu gün (sentyabr ayının ikinci bazar günü) Rusiyada Vahid səsvermə günü keçirilir. 
Xezertv.info “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.
Bütün ölkə üzrə 56 mindən çox seçki məntəqəsi açılıb.
Bu il federasiyanın 83 subyektində bütün səviyyələrdə 9 mindən çox kampaniya keçirilir (Kabarda-Balkariya və Sankt-Peterburqdan başqa).   
Ölkə vətəndaşları Rusiya Federasiyasının regional qurumların rəhbərlərini, qanunverici məclislərin üzvlərini, şəhər bələdiyyə başçılarını və şəhər dumalarının müavinlərini, habelə bələdiyyə orqanlarının nümayəndələrini seçirlər.