Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

11 sen 10:09Gündəm / Siyasət

Bakı Şəhər İcra Hakimiyyəti və RİİB əməkdaşlığa dair memorandum imzalayıb

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) əməkdaşlığa dair memorandum imzalayıb. 
Xezertv.info “Qafqazinfo”yan istinadən xəbər verir ki, əməkdaşlığa əsasən, RİİB nümayəndələri və könüllülərinin apardıqları monitorinqlər, ictimai nəzarət tədbirləri, sorğular və müşahidələr nəticəsində əldə olunan informasiya və təkliflər barədə icra hakimiyyəti ilə məlumat mübadiəsi aparılacaq, birgə layihələr, tədbirlər və sosial aksiyalar həyata keçiriləcək.
Memorandum çərçivəsində birgə fəaliyyətin məqsədi vətəndaş müraciətləri və təkliflərinin həlli, sosial, intellektual inkişaf və digər istiqamətlərdə ölkədə aparılan işlərə, Bakı şəhərinin sosial-iqtisadi, ictimai və mədəni inkişafına töhfə verməkdir. Həmçinin gənclərin fərdi inkişafı və səmərəli məşğulluğunun təmin edilməsi, onlarda sosial məsuliyyət, vətənpərvərlik, humanizm kimi dəyərlərin möhkəmləndirilməsi ilə bağlı tədbirlər keçiriləcək.