Menu
Xəbər Lenti
22 Ekm 09:58Manşet / Gündəm

"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

 "Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş olunur.



21.10.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri “Mülkiyyət əleyhinə olan cinayətlər” mövzu ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişdik:



1. Mirzə Xankişiyev- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil.


2. Püruzə Əliyeva- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil.


3. Pərvanə Mehmanqızı- Yazıçı.


4. Qorqud Şahverdiyev -Hüquqşünas.

Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.




Yeganə Telmanqızı