Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

11 Eyl 15:49Manşet / İqtisadiyyat

Cənub Qaz Dəhlizinin genişləndirilməsi Azərbaycanın Aİ bazarında iştirakını genişləndirəcək - Avropa Komissiyası (EKSKLÜZİV)

Cənub Qaz Dəhlizinin genişləndirilməsi Azərbaycanın Aİ bazarında iştirakını genişləndirəcək - Avropa Komissiyası (EKSKLÜZİV)


Cənub Qaz Dəhlizinin genişləndirilməsi Aİ-da enerji təchizatının daha da şaxələndirilməsini təmin edəcək.

Bu barədə eksklüziv olaraq Avropa Komissiyasından məlumat verilib.

“Avropa İttifaqının qaz bazarındakı mövcud vəziyyəti və proqnozları, həmçinin Aİ və Azərbaycanın Cənub Qaz Dəhlizinin genişləndirilməsinə göstərdiyi dəstəyin səviyyəsini nəzərə alaraq, biz əminik ki, layihə ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcək, enerji sektorunda əlaqələri gücləndirəcək və enerji təchizatının daha çox şaxələndirilməsini təmin edəcək, bütün cəlb edilmiş tərəfdaşlar üçün imkanlar yaradacaq, çünki Azərbaycanın enerji resursları Aİ bazarına daha geniş çıxış əldə edəcək”, - deyə struktur qeyd edib.

Avropa Komissiyasında qeyd edildiyi kimi, Aİ bu layihəni çoxdan dəstəkləyib.

"Cənub Qaz Dəhlizinin birinci mərhələsi üçün ümumi maraq kəsb edən layihələrlə bağlı tədqiqatların dəstəklənməsi üçün Aİ büdcəsindən qrant şəklində 27,1 milyon avro ayrılıb. Bundan başqa, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı müvafiq olaraq 958 milyon avro və 1,5 milyard avro məbləğində kreditlər verib”, - AK bildirib.

Avropa Komissiyası qeyd edib ki, enerji sektorunda əməkdaşlığa dair yeni Anlaşma Memorandumu həm Aİ, həm də Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə ikitərəfli təbii qaz ticarətini 2021-ci ildəki 8,1 milyard kubmetrlə müqayisədə 2027-ci ilə qədər kommersiya imkanlarına və bazar tələbinə uyğun olaraq ildə ən azı 20 milyard kubmetr qaz səviyyəsində təmin etmək istəyini dəstəkləyir.

"Bu Anlaşma Memorandumunun imzalanması Aİ-nin iqtisadi operatorlarına Azərbaycanın mühüm enerji tərəfdaşı olması mesajını verir. Mayın 18-də Avropa Komissiyası tərəfindən qəbul edilmiş REPowerEU planımız da Trans-Adriatik Boru Kəmərinin hissəsində Cənub Qaz Dəhlizinin 20 milyard kubmetrə qədər genişləndirilməsi Avropaya qaz tədarükünün təmin edilməsində mühüm rol oynayacaq.

Əlavə dəstək baxımından, İtaliyanın cənubundan şimalına tədarükün artırılmasına imkan verən və buna görə də TAP-ın imkanlarını genişləndirmək üçün lazım olan iki layihə, yəni Adriatica və Mattaggiola-Massafra boru kəmərləri Aİ-nin ümumi maraqlarına cavab verən layihələrin cari siyahısına daxil edilmişdir və "Connecting Europe Facility" proqramı çərçivəsində maliyyələşmə üçün müraciət etmək hüququ əldə ediblər”, - Avropa Komissiyası bildirib.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə başlanılıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz verir.