Menu
Xəbər Lenti
27 Ağu 15:32Manşet / Hadisə

Evində narkotik vasitə gizlədən Zaqatala sakini məsuliyyətə cəlb edilib

Evində narkotik vasitə gizlədən Zaqatala sakini məsuliyyətə cəlb edilib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Natiq Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı onda qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada 150 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.