Menu
Xəbər Lenti
14 okt 09:59Gündəm / Mədəniyyət

Elif Şafakın kitabları Azərbaycanda boykot edildi

Əslən Türkiyədən olan Böyük Britaniyanın məşhur yazarı Elif Şafak tvitterdəki 1.6 milyonluq hesabında müzakirələrə səbəb olacaq post paylaşıb. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım... Dağıntılar arasında sənət, təşəkkürlər”,- şərhini yazıb.
Şafakın işğalçı Ermənistanın iddia etdiyi kimi guya sözügedən kilsənin "dağıdılmasını" yansıdan görüntünü yaymağı, eyni zamanda erməni musiqiçi haqda paylaşım etməyi birmənalı qarşılanmayıb. 
Azərbaycanlı yazarlar da Şafakın “sülh paylaşımı”na etirazlarını bildiriblər, yazıçını sərt tənqid ediblər. 
Həmçinin, “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.