Menu
Xəbər Lenti
Neft yenə ucuzlaşır
4-07-2020, 10:32

Neft yenə ucuzlaşır

Neft yenə ucuzlaşır
3-07-2020, 09:57

Neft yenə ucuzlaşır

Günel ikinci dəfə ana oldu
30-06-2020, 10:30

Günel ikinci dəfə ana oldu

02 iyn 13:01Gündəm / Mədəniyyət

Nazirlik Aqil Abbasa cavab verdi

Mədəniyyət Nazirliyi deputat Aqil Abbasın Milli Məclisdə səsləndirdiyi ittihamlara cavab verib. 
Nazirliyin mətbuat xidmətindən  daxil olan məlumatda deyilir ki, millət vəkilinin səsləndirdiyi məlumat həqiqəti əks etdirmir:
“Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən bildirir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb”.
Xatırladaq ki, Aqil Abbas parlamentdə dünənki çıxışında bildirib ki, Ağcabədi rayonuna 35 nəfərin işdən ixtisar edilməsi haqda əmr gəlib.

 “Qafqazinfo”