Xəbər Lenti
Dün, 08:00
Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı
27-03-2024, 13:32
Şəfəq Ağacan- "Şikayət məktubu ",Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən-2-ci Hissə
27-03-2024, 08:23
Serbiya prezidenti vətəndaşlara təhlükə barədə xəbərdarlıq etdi: “Heç vaxt olmadığı qədər çətin olacaq”
26-03-2024, 15:04
Ölkəmizdə əcnəbi gənclərin iştirakı ilə "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi keçirilib
26-03-2024, 14:26
Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”
26-03-2024, 14:08
Əliyev-Putin danışıqları: Azərbaycan-Rusiya münasibətlərini pisləşdirmək istəyənlərə mənalı cavab - TƏHLİL
19 Ara 22:20İqtisadiyyat
® “Azercell” müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiqləyib
Lider operator növbəti dəfə beynəlxalq ISO/IEC 27001 sertifikatı ilə təltif olunub
Abunəçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və ölkənin beynəlxalq telekommunikasiya bazarına inteqrasiyasına dəstək olmaq üçün yeni biznes strategiyasını həyata keçirməklə yanaşı daxili proseslərini də təkmilləşdirən “Azercell Telekom” MMC növbəti uğura imza atıb. Norveçin “DNV” şirkəti tərəfindən aparılmış auditin nəticəsi olaraq ölkənin lider mobil operatorunun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi növbəti dəfə Beynəlxalq ISO/IEC 27001 sertifikatına layiq görülüb.
ISO/IEC 27001 sertifikatı “Azercell Telekom”da məlumatların məxfiliyi, bütövlüyü və əlçatanlığını beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək səviyyədə qorunmasını bir daha sübut edir. “Azercell Telekom” ölkədə bu sertifikata layiq görülən ilk və yeganə mobil operatordur. Şirkətin ISO/IEC 27001 sertifikatına uyğunluğu ilk dəfə 2019-cu ildə təsdiq olunub.
Qeyd edək ki, ISO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız ISO/IEC 27001 standartının tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq təkmilləşdirən, audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim olunur.