Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

09 Şub 02:51Dünya

İsveç “Qurani-Kərim”in yandırılması ilə bağlı növbəti aksiyaya icazə verməyib

İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”in yandırılması ilə bağlı növbəti aksiyasının keçirilməsinə icazəni verməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, polis bu qərarın verilməsinə səbəb kimi, daha əvvəl baş tutan oxşar aksiyalar nəticəsində İsveçə qarşı təhdidlərin artması barədə xüsusi xidmət orqanlarının xəbərdarlığını qeyd edib.

İsveç polisinin saytında yerləşdirilən məlumata əsasən, “Qurani-Kərim”in daha əvvəl yandırılması beynəlxalq səviyyədə kəskin reaksiyalara səbəb olub və bu, ölkəyə qarşı təhdidlərin artmasına səbəb olub. Yeni aksiya "milli təhlükəsizliyin ciddi pozulmasına" səbəb ola bilər.

Aksiyanı keçirmək istəyən mədəniyyət birliyi polisin qərarına cavab olaraq inzibati məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.