Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

04 Ara 06:02Siyasət

Azərbaycan Avropanın enerji xəritəsini dəyişir

İlham Əliyevin qlobal layihələrinin uğurlarını həzm edə bilməyən Fransanın riyakar siyasəti heç bir nəticə verməyəcək



Son illərdə Azərbaycanın mühüm geosiyasi uğurlarından biri də dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu da artırıb. Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər.
Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıqlayırlar.
Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.
Hazırda Rusiya-Ukrayna müharibəsinə görə rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqlədi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var.
İlham Əliyevlə anlaşma memorandumunu imzalayan Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin fikirləri də bunu bir daha təsdiqlədi: "İmzaladığımız bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir. Bizim anlaşma memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu memorandum vasitəsilə biz "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə, Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik".
Məhz Avropanın qarşılaşdığı çətin vəziyyətdə Fransa parlamentinin Milli Assambleyasının qəbul etdiyi qətnaməyə ("Azərbaycan qazı və neftinin idxalına qadağa tətbiq edilməsi") nə ad vermək olar?!
Bir tərəfdə acınacaqlı durumda qalaraq əhalisinə elektrik enerjisindən istifadə zamanı israfçılığa yol verməməyi xahiş edən, hətta evdə olarkən işıqları, mavi qazı söndürməyi məsləhət bilən Avropa dövlətləri, digər tərəfdə Azərbaycan qazından imtinaya çağıran fransız parlamentariləri...
Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlik, siyasi riyakarlıqdır.
Belə çıxır ki, fransız deputatlar öz xalqının qışda evlərində soyuqdan donmasına razıdır, təki Azərbaycan qazının idxalına qadağa qoyulsun...
Amma görün, İlham Əliyev belə qlobal problemlər dövründə hansı humanist addımlar atıb və bu gün də həmin siyasət davam edir. Həm Qoşulmama Hərəkatının Sədri kiimi, həm də tarixinin ən qüdrətli Azərbaycanının Prezidenti kimi qlobal pandemiya dövründə İlham Əliyevin irəli sürdüyü təklifləri, təşəbbüsləri, etdiyi yardımları sadalamaqla bitirmək olmaz.
İlham Əliyevin humanist siyasətinə Avropanın liderləri həsəd aparırlar, onun haqqında səsləndirdikləri fikirlərdə bunu dəfələrlə etiraf edirlər.
Çox uzağa getməyək, ötən ayın 23-də İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandar Vuçiçin səsləndirdiyi fikirlərə diqqət edək: "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir".
Macarıstanın Baş naziri Viktor Orbanın söylədiyi fikirlərə də nəzər yetirək: "Mən qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Qardaşım
İlham Əliyevə həmçinin bizim Azərbaycan üçün "yaşıl enerji"ni Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Mən bu əməkdaşlığa çox ümid bəsləyirəm".
Azərbaycan Prezidenti haqqında həqiqi və xoş sözlər söyləyən liderlərin sayını istənilən qədər artırmaq olar. Bütün bunlar bir daha göstərir ki, İlham Əliyev tam müstəqil siyasət yürüdən, həmçinin sözünə, vədinə, prinsiplərinə sadiq olan liderdir. Özünün dediyi kimi, sözü imzası qədər keçərlidir.
Amma terrorçu Ermənistana havadarlıq edən, Qafqazda sülhün bərqərar olunmasını istəməyən Emmanuel Makronun nəinki Avropada, heç öz ölkəsində belə hörməti yoxdur. Bunu ölkəsində keçirilən etiraz aksiyaları da təsdiqləyir.
Əlbəttə ki, Fransa parlamentinin bu qərəzli qətnaməsi Avropa İttifaqının üzvü olan digər dövlətlər tərəfindən qəti şəkildə rədd ediləcək və ermənipərəst fransızların qəbul etdikləri kağız parçasının yeri ancaq zibil qutusu olacaq.