Menu
Xəbər Lenti
03 Ara 02:49---

Türkiyədə mükəmməlliyin genetika ilə bağlılığını izah edən kitab nəşr olunub

Türkiyədə hər kəsin müəyyən bir sahə üzrə özünü mükəmməlliyə çatdıra biləcəyi genetik quruluşa sahib olduğunu izah edən kitab nəşr olunub.

AZƏRTAC xəbər verir ki, “+1 Özünə dəyər qata bilmək” adlı bu kitab Türkiyənin Nişantaşı Təhsil Vəqfinin rəhbəri Levent Uysal tərəfindən hazırlanıb.

Nəşrdə bəzilərinin əlçatmaz hesab etdikləri bacarıqlara əslində hamımızın sahib olduğu və müəyyən yollarla bunun inkişaf etdirilə biləcəyi elmi əsasda izah edilir.

İstedadın anadangəlmə deyil, sonradan əldə edilən bir amil olduğu vurğulanan kitabda dövrümüzün ən böyük sərvəti kimi bilik göstərilir.