Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

09 Şub 15:57Manşet / Hadisə

“Azəriqaz” rəhbərliyi Şamaxıda kənd sakinlərinin problemlərini dinləyib

 “Azəriqaz” rəhbərliyi Şamaxıda kənd sakinlərinin problemlərini dinləyib

 “Azəriqaz” rəhbərliyi Şamaxıda kənd sakinlərinin problemlərini dinləyib

“Azəriqaz” İstehsalat Birliyinin (İB) növbəti “Açıq mikrofon” aksiyası Şamaxı rayonunun çətin relyef şəraitində yerləşən Zarat-Xeybəri kəndində baş tutub.

İB-dən bildirilib ki, görüş zamanı birliyin, habelə Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri kənd sakinlərinin problemlərini dinləyiblər. Aksiya iştirakçılarına indiyədək keçirilən “Açıq mikrofon” aksiyaları zamanı ünvanlanan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verilib. Kənd sakinləri dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr kənar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi bu kənddə təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar.

Çıxış edənlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu, kəndin meşə zolağından kənar ərazidə yerləşdiyini bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiya iştirakçılarına ünvanladıqları bütün müraciətlərin birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağı, sözügedən kəndin qazlaşdırılması ilə bağlı qərarın birlik rəhbəri tərəfindən veriləcəyi bildirilib.

Qeyd edək ki, Şamaxı rayonunun 53 kəndinin, 47-si təbii qazla təmin edilib.