Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

10 Tem 15:14Manşet / Gündəm / Cəmiyyət / Sosial

14 iyul-Heydər Əliyevin hakimiyyətə gəlməsindən 54 il ötür

 

Azərbaycan xalqının böyük oğlu, bəşər tarixində silinməz izlər qoymuş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri hər birimizə yaxşı məlumdur. Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 54 il ötür. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının uzun dövrü ölkəmizin tərəqqisi naminə müabarizəyə həsr olunub. Ümummilli liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli və unudulmaz günlərdən biri də 14 iyuldur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul pleniumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Ulu öndər keçmiş Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılır də. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlər başladı. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən-məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Bütün ömrünü xalqına həsr edən ümumilli liderimizin fəth etdiyi zirvə Tanrı ucalığıdır. Onun mənsub olduğu xüsusiyyətlər də Tanrı vergisidir. Həqiqətən də Heydər Əliyev tarixin yetirdiyi elə nəhəng və müdrik şəxsiyyətlərdəndir ki, onun irsi dünya durduqca öyrəniləcək, adı daima yaşayacaqdır. Çünki Ulu öndər təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük oğlu və lideri, dünya miqyaslı siyasi xadim və bəşəri insan idi. Bu gün də onun ideyaları, zəngin ənənələri bizlər üçün örnəkdir. Heydər Əliyevin yenilməzliyi, güclü iradəyə malik olması, dönməzliyi, haqq-ədalət naminə mübarizə aparmaq bacarığı bir qəhrəmanlıq nümunəsidir. Onun keçdiyi yol, mənalı ömrü tarix boyu bizlər üçün nümunə olaraq qalacaq. Azərbaycan xalqının demokratik hüquqi dövlətdə yaşamaq idrakının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası-ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın saysız-hesabsız uğurlar qazanması, yeni-yeni nailiyyətlər əldə etməsi, beynəlxalq aləmdə nüfuzunun günbəgün artması, ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsi, həyat şəraitinin durmadan yaxşılaşdırılması, bir sözlə, arzulanan layihələrin reallaşması Heydər Əliyevin adıyla bağlıdır. Min illər sonra da qazanılan uğurlar ümummilli liderimizin gərgin əməyinin bəhrəsini kimi qiymətləndiriləcək.

 

Maral Həsənova

Nizami rayon qeydiyyat şöbəsinin rəisi