Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

01 Ara 13:17Manşet / Hadisə

Bakıda evində bıçaqlanan ailənin daha bir üzvü xəstəxanada öldü

Bakıda evində bıçaqlanan ailənin daha bir üzvü xəstəxanada öldü
Bakıda naməlum şəxs tərəfindən bıçaqlanan ailənin daha bir üzvü dünyasını dəyişib.

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə hücum zamanı bıçaqlanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.

Xatırladaq ki, hadisə noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür