Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

26 Eyl 16:33Manşet / Hadisə / Dünya

Rusiyada məktəbdəki atışmada ölü və yaralı sayı artdı

Rusiyada məktəbdəki atışmada ölü və yaralı sayı artdı

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib.

Bu barədə məlumatı Rusiya DİN yayıb.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Atəş açan şəxsin intihar etdiyi bildirilir.

***

Teleqram kanallarında yayılan məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 10-a çatıb. Onlardan 5-nin uşaq olduğu iddia olunur.

***

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insident nəticəsində 9 nəfər ölüb, onlardan 5-i uşaqdır.

***

Ölənlərin sayı 13-ə çatıb. Bir uşaq kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.

Daha 21 nəfər xəsarət alıb, onların 14-ü azyaşlıdır.

***

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma nəticəsində ölən və yaralananların sayı artıb.

Son olaraq ölü sayı 11-I azyaşlı olmaqla 15-ə, yaralananların sayı isə 24-ə yüksəlib.