Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

22 Eyl 13:33Manşet / Mədəniyyət

Anar Kərimov Göyçayda mədəniyyət müəssisələrinə baxış keçirib

Anar Kərimov Göyçayda mədəniyyət müəssisələrinə baxış keçirib


Mədəniyyət naziri Anar Kərimov sentyabrın 22-də Göyçay rayonuna səfər edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Anar Kərimov Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat alıb.

Anar Kərimov Göyçayın Bığır kəndi ərazisində olan 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qüvvələrinə qarşı mübarizədə şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

onra nazir 1990-cı ildən fəaliyyət göstərən Göyçay rayon Bığır kənd Folklor evinə və rayon MKS-nin kənd kitabxana filialına və Göyçay Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində 1982-ci ildən Xalq şairi Rəsul Rzanın adını daşıyan Göyçay rayon Mədəniyyət Mərkəzinə də baxış keçirilib.

Nazir yerli əhəmiyyətli memarlıq abidəsi Yeraltı hamama (inv. № 4269) da baxış keçirib. Məlumat verilib ki, Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Yeraltı hamam adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib.