Menu
Xəbər Lenti
14 Eyl 15:21Manşet / Cəmiyyət

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına başsağlığı verib

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına başsağlığı verib


Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respubikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya zəng edib.

Ombudsman Aparatından verilən məlumata görə, telefon danışığı zamanı Ş.Malkoç azərbaycanlı həmkarına ötən gün Ermənistanın təxribatlarının qarşısı alınarkən hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

O, şəhidlərə rəhmət diləyərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.