Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

09 Mrt 13:33Manşet / İqtisadiyyat

Bayram günləri regionlarda hotellər bahalaşacaq - Ekspert

Bayram günləri regionlarda hotellər bahalaşacaq - Ekspert

Novruz bayramı günlərində regionlarda hotel və əyləncə mərkəzlərində qiymətlərdə artım müşahidə ediləcək.

Bunu turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

C.Aşırov bildirib ki, Novruz bayramı ilə əlaqədar 9 qeyri-iş günü müəyyən edilib. “Bu da o deməkdir ki, regionlarda hotellərə, istirahət mərkəzlərinə gedənlərin sayı artacaq. Xüsusilə Bakıya yaxın regionlardakı hotellərdə və istirahət mərkəzlərində doluluq səviyyəsi yüksək olacaq.

Əlbəttə ki, bu doluluğu nəzərə aldıqda adi günlərlə müqayisədə bayram günlərində qiymətlər nisbətən artacaq. Lakin əvvəlki pandemiyanın əvvəlki illərinə nisbətən həddindən artq doluluq və yaxud yer tapmamaq problemi olmayacaq, çünki artıq 80-dən çox ölkə ilə Azərbaycan arasında hava nəqliyyatı açılıb və insanların bir qismi bayram tətilini xaricdə etməyi planlaşdırır”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.