Menu
Xəbər Lenti
22 sen 14:07Gündəm / Kriminal

Balaxanıda vətəndaşı döyüb maşınını qaçırdılar

Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib. 
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobil sahibinə qaytarılıb. 
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.